Premyer Liqanın 3 klubu bu problemdən əziyyət çəkir

23 Sentyabr 2020 16:14 Araşdırma 627
Premyer Liqanın 3 klubu bu problemdən əziyyət çəkir

Futbolumuzun tənəzzülü ildən-ilə davam edir.

Bunun səbəbləri haqqında zaman-zaman kifayət qədər fikirlər bildirilib, araşdırmalar aparılııb.

Biz bu səbəblərə başqa prizmadan nəzər yetirəcəyik. Azərbaycanda futbolun uçuruma yuvarlanmasında klubların nəzdindəki uşaq futbol məktəblərinin rolu nə qədərdir?

Bəllidir ki, futbolun inkişafı birbaşa uşaq futbolundan asılıdır. Əgər biz futbolumuzun dayanıqlı inkişaf və sabitliyini görmək istəyiriksə, «alt yapı»dakı çatışmazlıqları aradan qaldırmaq üzərində köklü işlər aparmalıyıq.

Bu məqalədə fikrimiz klubların nəzdində olan uşaq futbol məktəbləri üçün yaratdığı şərait və şəraitə uyğun olaraq, komandalarının əldə etdikləri nəticələrə münasibət bildirib, onun təhlillərini aparmaqdır.

(ilk yazının linki burada - https://www.sportinfo.az/idman_xeberleri/azerbaycan_futbolu/92818.html /// https://www.sportinfo.az/idman_xeberleri/problem/92873.html)

3. Növbəti təsir edən amillərdən biri uşaq futbol məktəblərinin transfer siyasətidir. Əslinə qalsa, komandaların güclənməsi və heyətdə rəqabətin artması üçün bütün klublar transfer siyasətindən aktiv istifadə edirlər.

Lakin biz bu siyasətə başqa aspektdən yanaşaq. Diqqətlə baxdıqda, görürük ki, ildə bir klub dəyişən futbolçuların rəqabətə qatlanıb, üzərlərində daha çox çalışaraq komandalarına xeyir vermək əvəzinə, xöşbəxtliyi və maddiyatı başqa yerə keçməkdə axtarmağa üstünlük vürirlər.

Bu faktın özü futbolumuzun inkişafına nə qədər ziyan vurursa, bu «ənənə»nin məhz uşaq futbolundan təməlini götürməsi bir o qədər əleyhimizə işləyir.

Yeniyetmə futbolçuların öz komandalarında potensiallarına uyğun ustalıq səviyyələrinin yuxarı həddinə yaxınlaşma ərəfəsində dəvət aldıqları digər komandalara keçməyə cəhd edərək, bu yaşda maddiyyatı daha üstün tuturlar.

Faktlar göstərir ki, bu əqidəyə xidmət edən futbolçuların futbol həyatı həm çox çəkmir, həm də uğurlu alınmır.

Digər tərəfdən sual yaranır ki, bəs bu cür fubolçuları klubda saxlamaq beləmi çətindir? Bax, burada səbəblər çoxalır.

AFFA-nın müqaviləsi bitmiş futbolçuların maneəsiz digər komandalara keçə bilməsi ilə əlaqədar transferində verdikləri qərarla klubların haqlarının müdafiəsini zəiflətməsi, klub rəhbərliyinin bir zəngə oyunçunu buraxma variantı, valideynlərin maddiyat naminə övladlarının karyeralarına müdaxilə etmələri və yaxud, digər obyektiv səbəblər belə məsələlərin kökündə dayanır.

Klubların əksəriyyəti müəyyən səbəblərdən öz hüquqlarını qoruya bilsələr də, «Zirə», «Keşlə» və «Səbail» bu problemdən əziyyət çəkir.

4. Müqaviləsi başa çatan futbolçuların transferi haqqında AFFA-nın qərarına başqa aspekdən də baxa bilərik. Bu gün Premyer Liqada sifariş verilən siyahıda yaş limiti ilə əlaqədar minimum 2 oyunçunun adı qeyd edilir.

Zaman var idi, bu oyunçular klubun öz yetirməsi statusu ilə tənzimlənirdi. İndi isə istənilən digər klubdan bu kimi statuslu futbolçunu hətta icarəyə götürməklə, bu problemi həll etmək olur. Belədə, klubun öz yetirmələrini yetişdirməkdə heç bir marağı qalmır.

Təbii, bu vəziyyətdə uşaq futbol məktəblərinə yaxşı şəraitin yaradılması arxa plana keçir. Premyer Liqada çıxış edən 8 komandaya orta hesabla maksimum 16 oyunçu lazımıdır ki, bu problemi milli səviyyəsində olanlar hesabına həll etməkdə heç bir problem qalmır.

(III YAZI)
SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti