"Utanmadan deyirdilər ki, Qurbanov mənə "day-daylıq" edir"

20 Yanvar 10:40 Araşdırma 954
"Utanmadan deyirdilər ki, Qurbanov mənə "day-daylıq" edir"

“Milliyə dəvət alan futbolçularla bağlı söz-söhbətlər həmişə olur ”

Bu sözləri “Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nə qonaq olan “Neftçi“nin sabiq yarımmüdafiəçisi Mirhüseyn Seyidov deyib.

2017-ci ildə futboldan ömürlük uzaqlaşdırılan oyunçu tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişə qonaq olub.

O, ölkənin əsas komandasına dəvət alanların qəsdən zəif çıxış etməsinə dair iddiaları əsassız adlandırıb:

“Mən də futbol oynamışam, onların adi hərəkətindən tuturam ki, fikri nədir. Millidə heç bir qruplaşma yoxdur. Hamı komanda üçün əlindən gələri edir.

Problem baş məşqçinin seçdiyi taktiki sxemdə və oyunlara yanaşmasındadır.

Söz-söhbətə qalsa, mən də bir dəfə milliyə dəvət almışam, onda da utanmadan deyirdilər ki, Mahmud Qurbanov sənə «day-daylıq» edir».

Digər Xəbərlər
Xəbər Lenti
17 May 10:40 Sərfəli və münasib
17 May 00:20 Beyl "Real"dan gedir