“Qarabağ”dan “Şəmkir”ə kimi - Azərbaycanda ən çox qazananlar

12 Yanvar 2022 23:00 Araşdırma 1 218
“Qarabağ”dan “Şəmkir”ə kimi - Azərbaycanda ən çox qazananlar

Azərbaycan Premyer Liqasında XXI əsrdə ən çox böyükhesablı qələbə qazanan komandalar müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, apasport.az 2001-ci il yanvarın 1-dən indiyədək ən çox oyunda 3 və ya daha çox top fərqilə qalib gələn komandaları müəyyənləşdirib.

Siyahıda 11 klub daxil edilib. Darmadağınlar üzrə əsrin rekordçusu “Qarabağ”dır. Ağdamlılar bu müddətdə 77 belə qələbə qazanıb.

“Neftçi”nin aktivində 64 böyükhesablı qələbə var. İlk “üçlüy”ü qapayan “Keşlə”də “50”ni keçib.

“Top-5”də tarixin yaddaşına köçən “Bakı” və “Xəzər Lənkəran”ın da olması futbolumuzun nə qədər güclü komandaları itirməsi anlamına gəlir.

Ümumiyyətlə, “11-lıik”də 6 belə komanda var. “Turan və AZAL-ın yer aldığı cədvələ əsrin qısa bir hissəsini yaşayan “Karvan”la “Şəmkir” də düşüb.

Premyer Liqa təmsilçilərindən “Qəbələ”, I divizion klublarından “Kəpəz” də darmadağın sayı ilə öyünə bilər. “Sumqayıt”, “Zirə”, “Səbail” və “Sabah” isə bu komandalar arasına düşə bilməyib.

1. “Qarabağ” - 77
2. “Neftçi” - 64
3. “Keşlə” - 54
4. “Xəzər Lənkəran” - 42
5. “Bakı” - 37
6. “Qəbələ” - 32
7. AZAL - 21
8-9. “Karvan” - 21
8-9. “Turan” - 21
10-11. “Kəpəz” - 19
10-11. “Şəmkir” - 19

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı