ŞOK! AFFA ən azı 370 min manat VAR“lanacaq”

2 Dekabr 2021 19:00 Araşdırma 1 002
ŞOK! AFFA ən azı 370 min manat VAR“lanacaq”

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.

İclasda VAR layihəsi üçün 500 min ABŞ dolları məbləğində maliyyə vəsaitinin ayrılması təsdiq olunub.

VAR sisteminin tətbiqi ucuz başa gəlmir. Amma belə baha da yox. Bununla bağlı qısa araşdırma apardıq və məlum oldu ki...

Məlum oldu ki, adamlar yenə öz “amplua”sındadır və VAR sisteminin tətbiqindən də “qabağa düşəcəklər”. Yoxsa ayıb olardı axı…

Uzağa getməyək, Ukraynanı nümunə gətirək. Ukraynada VAR sistemi təxminən 2 ildir ki, tətbiq olunur.

Bu ölkənin çempionatında 16 komanda çıxış edir. Azərbaycan çempionatında isə vur-tut 8 klub. Deməli, Ukraynada VAR sisteminin tətbiqi baha başa gəlməlidir ki, nəinki Azərbaycanda.

Ukrayna hakimlər komitəsinin sədri Luçano Luci 2019-cu ildə mətbuata verdiyi açıqlamada VAR sisteminin tətbiqinə 240 min avro vəsait sərf olunacağını (https://football.ua/ukraine/409240-stala-izvestna-stoimost-ustanovki-sistemy-var-na-odin-stadion.html) bildirib.

240 min avro təxminən 480 min manat edir. AFFA 8 komandanın iştirak etdiyi Azərbaycan çempionatında VAR sisteminin tətbiqi üçün 500 min dollar ayırıb.

Təxminən 850 min manat. 370 min manat yoxdur. Ən azı 370 min manat.

Çünki Ukraynada 16 komandalı çempionat üçün 240 min avro xərclənirsə, deməli, 8 komandalı çempionat üçün daha az vəsait tələb olunmalıdır.

VARlanmaq başqa cür necə olur ki? Yeyin, nuş olsun!

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”