UEFA Mahir Emreli ilə "Qalatasaray"ın forvardını…

2 Dekabr 2021 09:20 Araşdırma 1 824
UEFA Mahir Emreli ilə "Qalatasaray"ın forvardını…

Avropa Liqasının rəsmi instaqram səhifəsi maraqlı sorğu keçirib.

Sportinfo.az xəbər verir ki, turnirin sosial şəbəkə hesabında Azərbaycan millisinin və "Legiya"nın hücumçusu Mahir Emreli ilə Türkiyə yığmasının və "Qalatasaray"ın forvardı Kerem Aktürkoğlunun fotosu paylaşılıb.

Paylaşımın üzərində isə "Mahir Emreli, yoxsa Kerem Aktürkoğlu?" sözləri yazılıb.

Emreli cari mövsüm Avropa Liqasının qrup mərhələsində 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!