Messi "Qızıl top"un səsverməsində Levandovskini necə qabaqlayıb?

30 Noyabr 2021 18:20 Araşdırma 671
Messi "Qızıl top"un səsverməsində Levandovskini necə qabaqlayıb?

PSJ-nin ulduzu Lionel Messinin "Qızıl top" mükafatı üçün topladığı xalların sayı açıqlanıb.

34 yaşlı hücumçu 613 xalla birinci olub.

Argentinalı forvard "Bavariya"da çıxış edən ən yaxın rəqibi Robert Levandovskini 33 xal qabaqlayıb.

Polşalı oyunçu 580 xalla ikinci olub. "Çelsi"nin italiyalı yarımmüdafiəçisi Jorjinyo 460 xalla üçüncü yeri tutub.

"Mançester Yunayted"dən Kriştianu Ronaldo isə 178 xalla 6-cı yerlə kifayətlənib.

Sorğuda iştirak edən jurnalistlər ən yaxşı 5 oyunçunu müəyyən ediblər. Birinci yerin sahibi 6 xal, ikincilər 4 xal, üçüncü yeri tutan 3 xal, dördüncü 2 xal, beşinci sıradakı isə 1 xal alıb.

Digər Xəbərlər
Xəbər Lenti