Azərbaycanlı jurnalist Messini… Verilən səslərin ünvanları açıqlandı

30 Noyabr 2021 11:00 Araşdırma 626
Azərbaycanlı jurnalist Messini… Verilən səslərin ünvanları açıqlandı

"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatı üçün Azərbaycandan verilən səslərin ünvanları bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu barədə "Report"a sorğuda iştirak etmiş "CBC Sport" telekanalının əməkdaşı Rasim Mövsümzadə məlumat verib.

O, birinci pilləyə Fransa millisinin və İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi N Qolo Kanteni layiq gördüyünü bildirib.

Mövsümzadə ikinci sırada Kantenin London təmsilçisindəki italiyalı komanda yoldaşı Jorjinyonu göstərdiyini söyləyib.

Tanınmış jurnalist "Bavariya"dan polşalı Robert Levandovski və İ"Real"dan fransalı Kərim Benzemanı 3-4-cü yerlərdə yazdığını deyib.

Mövsümzadə 7-ci dəfə "Qızıl top"a sahib çıxan Lionel Messini isə 5-ci yerə layiq gördüyünü vurğulayıb.

Səsvermə qaydalarına əsasən, ilk 5 yerin sahibləri müvafiq olaraq, 6 xal, 4 xal, 3 xal, 2 xal və 1 xal qazanıblar. Hazırda Fransanın PSJ klubunda çıxış edən Lionel Messi 613 xalla birinci yeri tutub.

Argentinalı forvard "Bavariya"da çıxış edən ən yaxın rəqibi Robert Levandovskini 33 xal qabaqlayıb. Polşalı oyunçu 580 xalla ikinci olub.

"Çelsi"nin italiyalı yarımmüdafiəçisi Jorjinyo 460 xalla üçüncü yeri tutub. "Mançester Yunayted"dən Kriştianu Ronaldo isə 178 xalla 6-cı yerlə kifayətlənib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!