Messi 14 milyondan çox səs topladı - İlin futbolçusu seçildi

20 Noyabr 2021 10:00 Araşdırma 542
Messi 14 milyondan çox səs topladı - İlin futbolçusu seçildi

Argentina millisinin və PSJ-nin hücumçusu Lionel Messi ilin futbolçusu seçilib.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı forvard “Goal” nəşrinin versiyasına əsasən bu ada layiq görülüb.

O, bu nəşrin oxucuları arasında keçirilən səsvermə nəticəsində qalib elan olunub. Messi sorğuda 14 milyondan çox səs toplayıb.

İkinci pilləni İngiltərənin “Mançester Yunayted” klubunun portuqaliyalı hücumçusu Kristiano Ronaldo tutub. Polşa millisinin və Almaniyanın “Bayern” klubunun hücumçusu Robert Levandovski isə üçüncü yerlə kifayətlənib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı