Qurban Qurbanova "ilişən" adam indi haradadır? - UNUDULMAYAN TARİX

19 Noyabr 2021 19:40 Araşdırma 1 254
Qurban Qurbanova "ilişən" adam indi haradadır? - UNUDULMAYAN TARİX

"Bu rəqibləri keçməliyik. Bunlar Avropanın ən zəif yığmalarıdır. Ümumiyyətlə, bizim liqada ən zəif qrup bizdədir"

Bu fikirlər AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadova məxsusdur.

Təəccüblənməyin, heç də yeni açıqlama deyil.

Veteran futbolçu bu söhbəti nə az, nə çox düz 3 il əvvəl dilə gətirib. Hələ onda milli komandanı Qurban Qurbanov çalışdırırdı. Millətlər Liqasının qrup mərhələsini lider kimi bitirmək şansımız qalırdı.

Millimizin 9, Kosovanın isə 11 xalı vardı. 2 gün sonra bu iki yığma Priştinada ölüm-dirim matçına çıxacaqdı.

Buna kimi sonuncu açıqlamasını xatırlamadığım Cavadov məhz onda səhnəyə çıxıb, belə açıqlama vermişdi. Odu-budu Cavadovu gördüm deyən yoxdur.

Həmin söhbətdən az müddət sonra milli komandamız öncə Nikola Yurçeviçə, sonra isə Canni De Byazi tapşırılıb. İtaliyan hələ də postundadır.

Yurçeviçlə AÇ-2020-nin seçmə mərhələsində qrupu 1 xalla başa vurmuşuqsa, Canni De Byazi ilə DÇ-2022-də eynu "uğur"u əldə etmişik.

Qoca italiyanla buna kimi Millətlər Liqasında da uğursuzluq yaşamışıq.

Qurbanovla 9 xal yığan milli komanda, De Byazinin rəhbərliyi altında eyni turnirdə 6 xal əldə etməyi bacardı.

Qurbanov son matçda liderlik üçün komandanı meydana buraxmışdısa, De Byazi qrupun son matçında qrup sonuncusu olmamaq üçün dua edirdi.

Bu müddətdə Cavadovdan xəbər-ətər yoxdur. 3 il əvvəl oyunöncəsi dilə gələn adam, indi bu qədər acınacaqlı nəticələrdən sonra susmaqla məşğuldur. Hardasan, ay Cavadov? Niyə danışmırsan?

Bəlkə, indiki nəticələri, uduzduğumuz rəqibləri görmürsən?

Milli komanda sonuncu dəfə doğma meydanda qələbəni 3 il əvvəl məhz sizin kimilərin "qamçıladığı" Qurban Qurbanovla qazanıb.

Niyə danışmırsınız? Niyə diliniz çıxmır? AFFA-nın lüks otaqlarında oturub susmağa davam edin.

Amma bilin və agah olun. Tarix sizin kimiləri heç vaxt unutmayacaq. AFFA-nın dörd divarında keçirdiyiniz iyrənc fəaliyyətinizi hər zaman xatırlayacağıq. 3 il də keçəsə, 33 il də keçsə.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti