Azərbaycanı göstərib, Ronaldonu ələ saldılar: “DÇ-ya getməməyiniz daha yaxşı olar”

15 Noyabr 2021 14:20 Araşdırma 944
Azərbaycanı göstərib, Ronaldonu ələ saldılar: “DÇ-ya getməməyiniz daha yaxşı olar”

“Barselona”nın tvitter səhifələrindən biri Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonu ələ salıb.

Sportinfo.az xəbər verir ki,36 yaşlı forvardın kataloniyalıların sabiq kapitanı Lionel Messi ilə müqayisəsi aparılıb.

Argentinalı oyunçunun “Mançester Siti” və Serbiyaya qol vurması fonunda Ronaldonun hansı üstünlüyə malik olduğu qeyd olunan yazıda portuqaliyalının gücünün Azərbaycan kimi zəif komandalara çatdığı vurğulanıb:

“Messi “Mançester Siti”yə 2 qol vurdu, dünya çempionatında Serbiya ilə görüşdə fərqləndi. Ronaldo isə hər iki komanda ilə matçlarda məyusluq yaşayıb.

Ancaq Ronaldonun qoç olduğuna inanmalıyıq, çünki o, Azərbaycan, Farer adaları və Lüksemburqa qol vurur.

Messi Braziliya, Çili, Uruqvay, Kolumbiya kimi rəqiblərin yer aldığı yarışdan mundiala vəsiqə qazanır. Ronaldo isə ən “istedadlı” komandaların olduğu qrupda mübarizə apardı”.

Bir başqa tvitter səhifəsi isə Portuqaliyanın millimizin yer aldığı qrupda birinci yeri tuta bilməməsini tənqidlə qarşılayıb:

“Əgər siz Portuqaliya kimi istedadlı komandasınızsa və Serbiya, Azərbaycan, İrlandiya, Lüksemburqun yer aldığı qrupda birinci yeri tuta bilmirsinizsə, dünya çempionatına getməməyiniz daha yaxşı olar”.

A qrupunda 17 xalla ikinci yeri tutan Portuqaliya yığması mundiala vəsiqə üçün pley-off oyunu keçirəcək. Azərbaycan millisi isə 1 xalla qrup sonuncusu olub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!