Mahir Emreli dilə gəldi: "Bəzi səhvlərə yol verdik"

15 Noyabr 2021 11:20 Araşdırma 1 164
Mahir Emreli dilə gəldi: "Bəzi səhvlərə yol verdik"

"Çətin oyun oldu. Qətər yaxşı komandadır, topla yaxşı oynayırlar.

Bizdə bir sıra çatışmazlıqlar oldu. Lüksemburqla matçda çoxlu güc itirmişdik.

Həmin qarşılaşma ağır olmuşdu. 10 nəfərlə dayanmadan qaçmışdıq. Buna baxmayaraq, o cür ağır matçdan sonra belə mübarizə aparmaq alqışalayiqdir".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin futbolçusu Mahir Emreli Qətərlə 2:2 hesablı heç-heçə etdikləri yoldaşlıq oyunu haqda "CBC Sport"a açıqlamasında deyib.

24 yaşlı hücumçu nəticəni qoruyub saxlaya bilmədiklərini vurğulayıb:

"Bizim üçün yaxşı görüş oldu, sonadək mübarizə apardıq. Sonda bəzi səhvlərə yol verdiyimiz üçün qapımızda qol gördük.

Artıq 2021-ci ildə yığmada axırıncı matçımız oldu. Hamı öz klubuna qayıdacaq. Baxaq görək, bizi nələr gözləyir".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!