Emin Mahmudovla Mahir Emreli arasında seçim etdi

15 Noyabr 2021 00:40 Araşdırma 1 231
Emin Mahmudovla Mahir Emreli arasında seçim etdi

Canni de Byazi 2021-ci ildə Azərbaycanın ən yaxşı futbolçusunu açıqlayıb.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis Qətərlə yoldaşlıq oyunundan (2:2) sonra Emin Mahmudovla Mahir Emreli arasında seçim edib.

De Byazi yığmanın ən yaxşı bombardirini daha üstün sayıb:

“2021-ci ilin ilk hissəsində Mahir “Qarabağ”ın qolçusu idi. Millidə bizimlə 14 oyun keçirdi, qol vurmadı.

Hücumçunun əsas işi qol vurmaqdır. Bilmirəm, bəlkə Polşada bəxti gətirir, qol vurur.

Bu gün də çox istəkli idi. İstəyi bəlkə də alınmamasına səbəb olur. Mənə görə, ilin ən yaxşısı Emin Mahmudovdur.

Uzun fasilədən sonra “Neftçi” ilə çempion oldular. Mənim ilk vaxtlarımda da millidə oynamırdı.

Onunla görüşümdən sonra hər şey dəyişdi. Onun futbola yanaşması çox xoşuma gəldi”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!