İki azərbaycanlı Avropanın 100 ən yaxşısı arasında

14 Noyabr 2021 20:20 Araşdırma 1 032
İki azərbaycanlı Avropanın 100 ən yaxşısı arasında

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində futbolçuların reytinq siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, seçmə mərhələnin ən yaxşı avropalısı Kilian Mbappedir.

Fransa millisinin hücumçusu 231 xala malikdir. Gənc forvardı komanda yoldaşı Kərim Benzema izləyir.

Onun aktivində 162 xal var. İlk “üçlüy”ü ispaniyalı Mikel Oyarzabal qapayır - 161 xal.

Azərbaycan millisinin iki futbolçusu “Top-100”də yer alıb. Yığmamızın ən yaxşısı Emin Mahmudovdur. Yarımmüdafiəçimiz 62 xalla Avropada 63-cüdür.

Qara Qarayev də qitənin 100 ən yaxşısı sırasındadır. O, 56 xalla 87-ci sırada yer alıb. Qeyd edək ki, millimizin üzvləri arasında 3-cü olan Anton Krivotsyuk 42 xalla 183-cüdür.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"