Azərbaycan yığmasına təklif olunan 22 “qərib azərbaycanlı” - SİYAHI

27 Oktyabr 2021 20:40 Araşdırma 2 160
Azərbaycan yığmasına təklif olunan 22 “qərib azərbaycanlı” - SİYAHI

AFFA milliləşdirmə üçün futbolçu axtarışlarını davam etdirir.

Sportinfo.az xəbər verir ki, apasport.az-ın əldə etdiyi məlumata görə, assosiasiya, xüsusən də, Rusiya bazarında fəallıq göstərir.

Buna səbəb orada çalışan menecerlərin müntəzəm oyunçular təklif etmələridir.

Təkcə əsas deyil, U-21, U-19 və U-17 yığmaları üçün də AFFA-nın Rusiya üzrə seleksiyaçılarına kifayət qədər oyunçu təklifi olunub. Onların əksəriyyəti aşağı liqalarda, bəziləri isə əvəzedici heyətdə çıxış edir.

Seleksiyaçıların siyahısına salınan 22 futbolçunun adını təqdim edirik.

Kamil İbrahimov (“Dinamo”, Mahaçqala) – müdafiəçi, 24 yaş
Rinat Huseynov (“Zvezda”, Perm) – müdafiəçi, 24 yaş
Ruslan Həziyev (“Spartak”, Tuymazı) – müdafiəçi, 24 yaş
Timur İslamov (“Spartak”, Tuymazı) - yarımmüdafiəçi, 23 yaş
Ruslan Rzayev (“Kuban-Holdinq”) – hücumçu, 23 yaş
Kamil Zakirov (“Dinamo”, Sankt-Peterburq) – yarımmüdafiəçi, 23 yaş
Rafael Ağayev (“Znamya Truda”) - müdafiəçi, 22 yaş
Ayxan Hüseynov (“Ximki”) - yarımmüdafiəçi, 22 yaş
Ruslan Yunusov (“İrtış”, Omsk) – qapıçı, 22 yaş
Qurban Qurbanov (“Leqion Dinamo”, Mahaçqala) - müdafiəçi, 21 yaş
Rüstəm Əmirov (“Kayrat”, Moskva) - yarımmüdafiəçi, 21 yaş
Ruslan Bəşirov (“Krasava”) - müdafiəçi, 21 yaş
Məhəmməd İsayev (“Kvant”) - müdafiəçi, 21 yaş
İbrahim Mirzəyev (“Luki-Energiya”) – hücumçu, 20 yaş
Nikita Süleymanov (“Çertanovo”) - yarımmüdafiəçi, 20 yaş
Məhəmməd İbrahimov (“Avanqard”, Kursk) - 20 yaş, hücumçu
Roman Cəfərov (“Yessentuki”) - yarımmüdafiəçi, 19 yaş
Timur Qasımov (“Lokomotiv-Kazanka”) – 19 yaş, hücumçu
Şamil İsayev (“Dinamo”, Mahaçqala) – yarımmüdafiəçi, 18 yaş
Temirkan Ramazanov (“Maşuk-KMV”) – yarımmüdafiəçi, 18 yaş
Amir Həsənov (“Drujba”) - yarımmüdafiəçi, 18 yaş
Surxayxan Abdullayev (“Ural”) - yarımmüdafiəçi, 18 yaş

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"