Diqqət edin: İndiyə qədər Premyer Liqada beləsi olmamışdı

26 Oktyabr 2021 13:20 Araşdırma 1 354
Diqqət edin: İndiyə qədər Premyer Liqada beləsi olmamışdı

Azərbaycan Premyer Liqasının 8-ci turu ilklərlə yadda qaldı.

Hər şeydən əvvəl hesabat turunun məhsuldar alındığını deməliyik.

Meydana çıxan 8 komandadan 7-si rəqib qapısına yol tapmağı bacardı ki, ümumilikdə 15 qol qeydə alındı.

Halbuki, çempionatın ilk dövrəsindəki 7 turda bu cür məhsuldarlıq olmamışdı. Turlar üzrə qol saylarına nəzər salaq;

1-ci tur 9 qol
2-ci tur 11 qol
3-cü tur 8 qol
4-cü tur 12 qol
5-ci tur 8 qol
6-cı tur 9 qol
7-ci tur 10 qol

Daha bir diqqətçəkən məqam 4 oyunun hamısının “üst” gəlməsidir. Yəni, oyunların hər birində azı 3 qol vuruldu. Bu da cari mövsümdə ilk sayıla bilər.

HƏBİB / Sportinfo.az

Digər Xəbərlər
Xəbər Lenti