"Qorxuram ki, Messi “Qızıl top”un səsverməsində qalib olsun"

26 Oktyabr 2021 12:20 Araşdırma 798
"Qorxuram ki, Messi “Qızıl top”un səsverməsində qalib olsun"

Polşa futbol federasiyasının prezidenti Zbiqnev Bonek “Qızıl top”un kimə verilməsi ilə bağlı mövqeyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Bonek həmyerlisi Robert Levandovskinin bu mükafata layiq olduğunu bildirib.

Amma o, Messinin də mükafatı qazana biləcəyindən qorxduğunu deyib:

“Mükafatı kimin qazanacağını bilmirəm. Artıq səsvermə başa çatıb. Mənim fikrimcə, əgər Jorjino “Uembli”də penaltini yerinə yetirsəydi, mükafat onun olmalı idi. Onun əvəzində səhnəyə Donnarumma çıxdı.

Bilirsiz, səsvermədə Asiya, Afrika, Amerika da iştirak edir. Oralarda isə ancaq Messi ilə Ronaldonu tanıyırlar.

Qorxuram ki, Amerika kubokunu qazanan Messi “Qızıl top”un səsverməsində qalib olsun.

Məncə, əsas namizədlər Jorjino, Messi və Levandovskidir. Təbii, mənə görə, ən yaxşı Levandovskidir.

Başa düşə bilmirəm ki, ötən mövsüm mükafatı ona niyə vermədilər? O, hər şeyi qazanmışdı”.

Digər Xəbərlər
Xəbər Lenti