"İnsanlar səninlə şəkil çəkdirmək istəyir" - Qazimizi "Sabah"a bağlayan maraqlı hadisə

25 Oktyabr 2021 20:00 Araşdırma 515
"İnsanlar səninlə şəkil çəkdirmək istəyir" - Qazimizi "Sabah"a bağlayan maraqlı hadisə

Azərbaycan Premyer Liqasının 8-ci turu "Sabah"ın qələbəsi ilə əlamətdar oldu.

Masazır təmsilçisi, nəhayət "Sumqayıt"la qarşılaşmada mövsümdə ilk 3 xalını 3:0-la əldə etməyi bacardı.

Qarşılaşmada diqqətimi daha çox çəkən isə başqa bir məqam oldu.

Belə ki, tribunada görüşü izləyən Vətən müharibəsi qazisi Denis Quzlayev oyundan sonra "Sabah"lı futbolçularla xatirə fotosu çəkdirdi.



Maraqlıdır, Denisi "Sabah"a bağlayan nədir? Kiçik araşdırmadan sonra maraqlı detallarla qarşılaşdıq. Məlum oldu ki, tanışlığın tarixçəsi Vətən Müharibəsi zamanı "Sabah"ın məşqçisi Vitali Kovalyovla Denisin təsadüfü görüşünə bağlıdır.

Ən yaxşısı olanları bizə nəqil edən "Sabah"ın qapıçılar üzrə məşqçisi Vitali Kovalyovu dinləyək: "Denislə tanışlığım ötən ilin müharibə dövrünə təsadüf edir. Vətən müharibəsi davam etdiyi vaxtlarda bizim yaşadığımız rayondan yaralı olduğu məlumatı gəldi. Həmin vaxt Denisi xəstəxanada ziyarət etmişdim.

Bundan sonra aramızda dostluq münasibəti yarandı. Mənim “Sabah”da çalışdığımı bilirdi. Həmişə bizim oyunumuza gəlmək istədiyini deyirdi.

Ancaq qismət bu oyuna imiş. Stadionda azarkeşlər tərəfindən ona çox böyük maraq var idi. İnsanlar ona yaxınlaşıb, şəkil çəkdirirdilər.

Matçdan sonra Denis mənə yaxınlaşıb komanda ilə görüşmək, şəkil çəkdirmək istədiyini dedi. Mən də cavabında insanlar səninlə şəkil çəkdirmək istəyir, sən bizim futbolçularla dedim (gülür).

Matçdan sonra Denis bizim paltardəyişmə otağında futbolçularla görüşdü. Bütün komanda bu ziyarətdən çox şad oldu. Doğrudan da Denisin oyunumuza gəlməsi bizim çox xoş idi. Allah qazilərimizə can sağlığı versin. Hamımız onlara borcluyuq".

Xanoğlan İmanov / Sportinfo.az

Digər Xəbərlər
Xəbər Lenti