“Oğlum Fransa millisindən təklif gözləyir” – Azərbaycanda oynamış legioner övladı haqda

22 Oktyabr 2021 20:00 Araşdırma 844
“Oğlum Fransa millisindən təklif gözləyir” – Azərbaycanda oynamış legioner övladı haqda

“Oğlum var, İdris adında. 22 yaşı var və artıq Liqa 2-də oynayır.

Əvvəl “Paris”in ikinci komandasındaydı, artıq xeyli vaxtdır əsas komandanın əsas heyət üzvünə çevrilib.

Eyni mənim kimi cüssəlidir, simamız da eynidir. Hamı deyir, sənin gəncliyini xatırladır”.

Vaxtilə “Karvan”la “Xəzər Lənkəran”ın formasını geyinmiş, 2005-06 mövsümündə Azərbaycan Premyer Liqasının bombardiri olmuş Yakuba Bamba Sportinfo.az-a verdiyi müsahibədə oğlu haqda danışarkən deyib.

Kiçik Bamba hər nə qədər istedadlı olsa da, bu gün Azərbaycanda legioner həyatı yaşamaq haqda düşünmür.

Çünki qarşısında ali hədəf dayanıb. “Karvan”ın sabiq futbolçusu övladının arzusu və gələcək planları bunları dedi:

“Nə gizlədim, bu dəqiqə Fransa millisindən təklif gözləyir. Bunun üçüncə daha çox oynamalı, Liqa 1 klublarının diqqətini çəkməlidir.

Gələcəkdə nə vaxtsa Azərbaycanda çıxış etməsi mümkündür. Bu işdə mən özüm də ona yardımçı ola bilərəm. Hələ ki, Fransa yığmasını düşünür”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti