"Ronaldo heç dünyanın ən yaxşı 5 futbolçusundan biri deyil"

19 Oktyabr 2021 12:20 Araşdırma 1 848
"Ronaldo heç dünyanın ən yaxşı 5 futbolçusundan biri deyil"

İtaliya yığmasının sabiq hücumçusu Antonio Kassano futbol tarixinin ən yaxşı futbolçuları ilə bağlı versiyasını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Kassano “Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldoya da “ilişib”.

O, portuqal futbolçunu yox, onun braziliyalı adaşını fərqləndirib:

“Bu dramı bitirin. Ronaldo dünyanın ən yaxşı futbolçusudur? Onun adı heç ilk “beşlik”də də yoxdur.

Mənim üçün ən yaxşı 5 futbolçu bunlardır: Messi, Pele, Maradona, Kroyf və Ronaldo. Onlar tam başqa səviyyədirlər.

Əgər məni məcbur etsəydilər ki, bu siyahıda bir dəyişiklik edim, onda Marko van Basteni bura əlavə edərdim”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı