Filip Ozobiç buna görə milliləşdirilib? - ŞOK FAKT!

15 Oktyabr 2021 22:40 Araşdırma 1 828
Filip Ozobiç buna görə milliləşdirilib? - ŞOK FAKT!

Azərbaycan yığmasının DÇ-2022-də ardıcıl məğlubiyyətləri azmış kimi, milliləşdirilmiş futbolçuları milli formada görməyimiz də bir başqa bəladır.

Ən sonuncu belə legioner xorvatiyalı Filip Ozobiçdir.

"Qəbələ"nin 2016-cı ildə ölkəmizə gətirdiyi legioner futbolçu ilk gündən öz səviyyəsini göstərməyi bacarıb. Ölkəmizdə göstərdiyi performansla hətta Xorvatiya millisinə kimi yüksəlməyi bacardı. Cəmi 26 yaşında...

Amma təbii ki, gücü yoxlanış xarakterli görüşlərə qatılmağa yetərli oldu. Sonra vətənindən onu axtaran olmadı.

"Qəbələ"də kasıbçılıq başladığı gündən səviyyəli oyunçuların ayrılığı da sıraya düzüldü. Gedənlər arasında "Qəbələ"ni "Qarabağ"a dəyişən Ozobiç də vardı.

Yeni komandasında da pis təsir bağışlamayan 31 yaşlı yarımmüdafiəçi özü də təsdiqləyər ki, ən parlaq günləri Qəbələdə qaldı. Ötən ilə kimi "Qarabağ"ın əsas fiqurlarından sayılan Filip hazırda belə statusa sahib deyil.

Braziliyalı Kady Borgesin əla performansı onu ehtiyat skamiyaya göndərib. Məhz belə məqamda AFFA başbilənlərinin qapıda durub, millimizdə oynaması üçün 5 ilini saydığı futbolçunu nəhayət bu il - 31 yaşında milliləşdirməyi bacardı.

Xorvatiyalı futbolçunun debütü DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqla səfər görüşünə təsadüf etdi. İlk matçındaca 90 dəqiqə meydanda olan yarımmüdafiəçi biabırçı məğlubiyyətimizə (2-1) aldığı sarı vərəqə ilə töhfəsini vermiş oldu.

Seçmə mərhələnin sonrkı 4 qarşılaşmasında da Ozobiç ən çox şans qazanan futbolçulardan oldu. Təxminən 300 dəqiqə meydanda olmaq imkanı verilən əcnəbi heç nə ilə yadda qalmadı.

Əksinə Serbiyə ilə sonuncu oyunda əlimizə düşən ən real qol imkanını da məhz o qaçırdı. Belə olan halda haqlı sual yaranır. Kİ, belələrinin milli komandada nə işi var? 5 oyuna 1 sarı vərəqə almaq üçün? Bunu anlamaq beləmi çətindir ki, 31 yaşlı birisi nə bu günümüz ola bilər, nə də gələcəyimiz!

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı