Millimizin baş məşqçisi: “Mənim ən çox sevdiyim komanda...”

24 Sentyabr 2021 20:20 Araşdırma 903
Millimizin baş məşqçisi: “Mənim ən çox sevdiyim komanda...”

“A seriyasının bu mövsüm böyük üstünlüyü var. Çünki digərlərindən güclü olan hansısa komanda yoxdur”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.

İtaliya mətbuatına açıqlama verən 65 yaşlı mütəxəssis A seriyası ilə bağlı fikirlərini səsləndirib. De Byazi bu mövsüm azarkeşlik etdiyi komandanın adını da açıqlayıb:

“Milan” mənim ən çox sevdiyim komandadır. Xüsusən də, gənc komanda olduqları üçün. Stefano Piolini gördüyü uğurlu iş üçün təbrik etməliyik.

Düşünürəm ki, hətta “Fiorentina” da avrokuboklara can ata bilər. “Atalanta” isə kiçik bir reallıqla hamıya nümunə oldu”.

Canni de Byazi İtaliyada 8 klub çalışdırsa da, onların heç biri nəhənglərdən olmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"