"Qarabağ" "qara zolaq"da - Ümid BOS-a qalıb

16 Sentyabr 2021 16:00 Araşdırma 1 118
"Qarabağ" "qara zolaq"da - Ümid BOS-a qalıb

"Qarabağ" bu gün Konfrans Liqasının qrup mərhələsində ilk görüşünə çıxacaq.

Rəqib İsveçrənin "Bazel" komandasıdır. Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək matçın start fiti 20:45-də veriləcək.

"Bazel"lə oyun "Qarabağ"ın avrokubokların qrup mərhələlərindəki 8-ci startı olacaq. Öncəki 7 start matçının heç birində ağdamlılar qələbə qazana bilməyib.

7 cəhddən ikisində heç-heçə, digər 5 görüşdə isə məğlubiyyət qeydə alınıb.

"Qarabağ" hər iki bərabərliyə doğma meydanda, amma fərqli arenalarda imza atıb.

"Sent Etyen"lə görüş Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilibsə, "Slovan"la oyun "Dalğa Arena"da baş tutub.

Digər 5 startdan 4-ü səfər oyununa düşüb. Qrup mərhələsinə evdə başladığımız oyunlarda bir məğlubiyyətimiz var. "Sevilya" ilə oynanılan həmin oyun rəqibin darmadağını ilə başa çatıb.

BOS ilk dəfə qrup mərhələsinin açılış oyununu qəbul edir. Bu gün axşam qazanılacaq qələbə 8 illik tilsimin qırılması demək olacaq.

Öncəki 7 startın xronologiyasın sizə təqdim edirik:

18 sentyabr 2014

Avropa Liqası, F qrupu, I tur

“Qarabağ” (Azərbaycan) – “Sent Etyen” (Fransa) - 0:0 Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

17 sentyabr 2015

Avropa Liqası, C qrupu, I tur

"Tottenhem" (İngiltərə) – "Qarabağ" (Azərbaycan) - 3:1

Qollar: Son Hın Min, 28; 30, Lamela, 86 - Riçard Almeyda, 6

London. "Uayt Hart Leyn".

15 sentyabr 2016

UEFA Avropa Liqası, H qrupu , I tur

“Qarabağ” (Azərbaycan) - “Slovan” (Çexiya) - 2:2

Qollar: Sukora, 1 (0:1), Miçel, 7 (1:1), Milan Baroş, 68 (1:2), Rəşad Sadıqov, 90+3 (2:2)

Bakı. "Dalğa Arena"

12 sentyabr 2017

Çempionlar Liqası, C qrupu, I tur

"Çelsi" (İngiltərə) - "Qarabağ" (Azərbaycan) - 6:0

Qollar: Pedro, 5, Zappakosta, 30, Azpilikueta, 56, Bokayako, 71, Batşuay, 76, Medvedev, 82 (öz qapısına)

London. "Stemford Bric" stadionu20 sentyabr 2018

Avropa Liqası, E qrupu, I tur

"Sportinq" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan) - 2:0 Qollar: Rapinha, 54, Cabral, 88 Lissabon

"Joze Alvalade" stadionu.

19 sentyabr 2019.

Avropa Liqası, A qrupu, I tur.

"Qarabağ" - "Sevilya" - 0:3

Qollar: Çiçarito, 62, Haddadi, 78, Torres, 85

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

22 oktyabr 2020

Avropa Liqası, I qrupu, I tur

"Makkabi” (Təl-Əviv, İsrail) – “Qarabağ” (Azərbaycan) - 1:0

Qol: Yonatan Kohen, 10

Təl-Əviv. “Blumfeld” stadionu

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti