Namiq Ələskərovun transfer qiyməti - 750 min avro

11 Sentyabr 2021 23:40 Araşdırma 927
Namiq Ələskərovun transfer qiyməti - 750 min avro

“Bursaspor”un yay fasiləsində heyətinə cəlb etdiyi futbolçuların transferi qiyməti açıqlanıb.

Sportinfo.az-ın Bursa klubuna yaxınlığı ilə bilinən bursaspordabugun.com saytına istinadən məlumatına görə, Azərbaycan millisinin hücumçusu Namiq Ələskərovun da dəyəri müəyyənləşib.

TFF I Liqa təmsilçisinin yayda reallaşdırdığı 17 transferdən biri olan Ələskərovun transfer qiyməti 750 min avroya bərabər göstərilib.

Bununla “Neftçi”dən alınan 26 yaşlı oyunçu “timsah”ın transferləri arasında ən bahalı 6-cı oyunçudur.

Namiq Ələskərov “Neftçi”dən 50 min avroya transfer edilib.

Digər Xəbərlər
Xəbər Lenti