Kontorlar: “Neftçi” və “Sumqayıt”ın şansı yoxdur

21 İyul 2021 16:20 Araşdırma 1 257
Kontorlar: “Neftçi” və “Sumqayıt”ın şansı yoxdur

Avrokubokların bu gün keçiriləcək oyunlarının əmsalları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bukmeker kontorları Azərbaycan təmsilçiləri “Neftçi” və “Sumqayıt”ın II təsnifat mərhələsində səfərdə keçirəcəkləri ilk matçların da favoritlərini müəyyənləşdirib.

Çempionlar Liqasının “Olimpiakos” (Yunanıstan) – “Neftçi” görüşündə meydan sahibləri aşkar favoritdir.

Bu gün Pireydə baş tutacaq matçda Ellada təmsilçisinin qələbəsi 1,13, “Neftçi”nin uğuru 17,00 əmsaldır. Qarşılaşmada heç-heçəyə 7,60 əmsal verilib.

Konfrans Liqasında debüt edəcək “Sumqayıt” da “Çukariçki” ilə görüşdə şanssız hesab olunur. Serbiya klubunun qələbəsi 1,35, sumqayıtlıların qalib gəlməsi 8,20-dir. Matçdakı heç-heçə 4,70-ə bərabərdir.

"Sumqayıt”ın oyunu Bakı vaxtı ilə saat 22:00-da, “Neftçi”nin matçı 1 saat sonra başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti