UEFA AVRO-2020-nin finalı ilə bağlı intizam işi açdı

14 İyul 2021 22:00 Araşdırma 804
UEFA AVRO-2020-nin finalı ilə bağlı intizam işi açdı

UEFA İtaliya və İngiltərə arasında keçirilən Avropa çempionatının final oyunu ilə bağlı intizam işi açılıb.

Sportinfo.az xəbər verir ki, istintaq müddətində azarkeşlərin meydana icazəsiz girişi, tribunadan oyun sahəsinə yad əşyaların atılması, fanatların priotexniki vasitələrdən istifadə etməsi və dövlət himnləri zamanı baş verən hadisələr araşdırılacaq.

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsinin təyin etdiyi xüsusi müfəttiş stadionun içində və xaricində azarkeşlərin yol verdiyi hərəkətlərlə bağlı ayrıca intizam araşdırması aparacaq.

Finalda İngiltərəni 2:1 hesabı ilə məğlub edən İtaliya millisi Avropa çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti