Hörmətsizliklə yola salınanlar siyahısında Azərbaycandan kim var?

9 İyul 2021 19:20 Araşdırma 926
Hörmətsizliklə yola salınanlar siyahısında Azərbaycandan kim var?

2021-ci ilin yay transfer pəncərəsinin ən səs-küylü keçidlərindən biri Serxio Ramosun əfsanəsinə çevrildiyi “Real”la vidalaşması oldu.

Sportinfo.az xəbər verir ki, müqaviləsi uzadılmayan kapitan azad agent kimi PSJ-yə keçdi.

Əksəriyyət Madrid təmsilçisinin müdafiəçiyə qarşı davranışını hörmətsizlik kimi qəbul edir.

Hər halda karyerasının son illərini yaşayan veteran daha artığına, butslarını məhz “Real”da mıxdan asmağa layiq idi.

Lakin yaxın keçmişə nəzər salsaq, Ramos belə hörmətsizliklə yola salınan ilk ulduz deyil. Cəmi bir il əvvəl Luis Suares “Barselona”da oxşar durumla üzləşmişdi.

Belə oyunçular arasında “Qarabağ”ın sabiq futbolçusu Sergey Kravçenko da var.

Vaxtilə Azərbaycan yığması üçün milliləşdirilməsi gündəmdə olan yarımmüdafiəçi Ukraynada arzuolunmaz durumla üzləşərək, sonda “Dnepr”ə keçib.

Luis Suares (“Barselona” – “Atletiko”)
David Vilya (“Barselona” – “Atletiko”)
Filipe Koutinyo (“Barselona” – “Bavariya”)
Karlos Teves (“Mançester Yunayted” – “Mançester Siti”)
Emanuel Adebayor (“Arsenal” – “Mançester Siti”)
Frenk Lempard (“Çelsi” – “Mançester Siti”)
Fernando Moryentes (“Real” – “Monako”)
Andrea Pirlo (“Milan” – “Yuventus”)
Aleksandr Kosırin (“Çernomorets” – “Qoverla”/“Odessa”)
Sergey Kravçenko (“Şaxtyor”/“Dinamo” – “Dnepr”)
Mirça Luçesku (“Şaxtyor” – “Dinamo”)

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı