İngilislər əlavə bir gün istirahət istəyirlər - Avro-2020-ni qazansalar

8 İyul 2021 23:50 Araşdırma 1 387
İngilislər əlavə bir gün istirahət istəyirlər - Avro-2020-ni qazansalar

İngiltərə Parlamentinin saytında ölkənin futbol yığmasının Avropa çempionatını qazanacağı təqdirdə, əlavə bir istirahət günü istənilən petisiya yayımlanıb.

Sportinfo.az xəbər verir ki, hazırda 60 mindən çox insan petisiyanı imzalayıb.

Təşəbbüs 100 min imza toplayarsa, parlament bu məsələyə baxmağa borclu olacaq.

İngiltərə yarımfinalda Danimarkaya 2:1 hesabı ilə qalib gələrək tarixində ilk dəfə Avropa çempionatının finalına yüksəlib. Komanda həlledici matçda iyulun 11-i İtaliya ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti