Namiq Ələsgərov “Neftçi” ilə daha bir yenilik etdi

8 İyul 2021 18:00 Araşdırma 858
Namiq Ələsgərov “Neftçi” ilə daha bir yenilik etdi

Azərbaycan klubları avrokuboklarda 350-ci qolu vurub.

Sportinfo.az xəbər verir ki, tarixi qolun müəllifi Namiq Ələsgərov olub.

“Neftçi”nin futbolçusu Çempionlar Liqasının I təsnifat mərhələsinin “Dinamo” ilə Tbilisidəki matçında hesabı açıb. Bu, Azərbaycan futbolu tarixinə yubileylə düşüb.

Bunadək klublarımız 1994-cü ildən başlayan avrokubok tarixində 364 oyunda 349 qol vurmuşdu. Burada nəticəsi ləğv olunan matçlardakı qollar və texniki qələbə üçün hesablanan toplar nəzərə alınmayıb.

Bu qol həm də Azərbaycan klublarının Çempionlar Liqasında 80-ci topu olub. Bunadək komandalarımız 79 dəfə fərqlənib.

İlk qolumuzu 1995-ci ildə “Austriya” ilə matçda “Kəpəz”in üzvü Yadigar Süleymanov vurub.

Digər Xəbərlər
Xəbər Lenti