İngiltərə - Danimarka oyununun ən yaxşısı Keyn oldu - FOTO

8 İyul 2021 10:30 Araşdırma 299
İngiltərə - Danimarka oyununun ən yaxşısı Keyn oldu - FOTO

Avropa çempionatının ikinci yarımfinal mərhələsində baş tutan İngiltərə və Danimarka oyununun ən yaxşı futbolçusu məlum olub.

Sportinfoaz xəbər verir ki, matçın ən yaxşı oyunçusu İngiltərə millisinin futbolçusu Harri Keyn seçilib.

Harri Keyn matçın 114-cü dəqiqəsində 11 metrlik cərimə zərbəsini yerinə yetirib. Qapıçı Kasper Şmayxel ilk zərbəni dəf etsə də, Harri Keyn təkrar zərbə ilə komandasını hesabda irəli çıxarıb.

Görüşdə 2:1 hesabı ilə qalib gələn İngiltərə milli komandası Avropa çempionatları tarixində ilk dəfə finala yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!