Mahir Emreli AVRO-2020-də kimi bəyənib? – ONUN FAVORİTİ

7 İyul 2021 22:40 Araşdırma 1 006
Mahir Emreli AVRO-2020-də kimi bəyənib? – ONUN FAVORİTİ

“AVRO-2020-də favoriti m İtaliya millisidir. Çünki turnirdə ən gözəl oyunu onlar sərgiləyib”.

Sportinfo.az xəbər verir ki, bu sözlər Azərbaycan millisinin hücumçusu Mahir Emreliyə məxsusdur.

Polşa mətbuatına müsahibəsində AVRO-2020 ilə bağlı fikir bildirən “Legiya”nın forvardı turnirin ilk finalçısı olan İtaliya yığmasını çempionluğa layiq bilir.

O, bu gün keçiriləcək yarımfinal mərhələsinin ikinci görüşünə münasibət bildirib: “İtalyanların çempion olacaqlarına ümid edirəm. Buna layiqdirlər.

Onların ən yaxşı futbolçusu Lorenzo İnsinyedir. Aparıcı oyunçudur, hücumda çox şey edir.

Danimarkanı da hesabdan silməzdim. Onlar da yaxşı formadadırlar. Yarımfinalın ikinci cütlüyündə ingilislərin üstünlüyü var, çünki “Uembli”də oynayırlar, azarkeşlərin dəstəyi olacaq”.

İtaliya dünən İspaniya üzərində qələbə qazanaraq finala yüksəlib. Bu gün baş tutacaq yarımfinal mərhələsinin digər matçında İngiltərə ilə Danimarka üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!