“Bu, vacibdir -  Hazırda proses davam edir"

8 İyul 2021 01:10 Araşdırma 417
“Bu, vacibdir -  Hazırda proses davam edir"

"Lisenziya qazanmış idmançılar və onları müşayiət edəcək heyətin bu onlayn kursu keçib sertifikat alması vacibdir”.

Sportinfo.az xəbər verir ki, bu açıqlama Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynliyə məxsusdur.

Onun sözlərinə görə, bir müddət əvvəl Tokioya yollanacaq idmançılar üçün “ADEL for Tokyo 2020 Olympics” platforması istifadəyə verilib:

“AMADA idmançılara və Tokioya yollanacaq heyətə dəstək məqsədi ilə həmin onlayn kursu Azərbaycan dilinə tərcümə edib.

Bundan əlavə, idmançıların və onların köməkçi heyətinin kurslardan keçməsi üçün bütün lazımi dəstək göstərir.

Artıq olimpiadada iştirak edəcək 44 idmançıdan 42-i sertifikat əldə edib. Onları müşayiət edəcək 45 nəfərlik köməkçi heyətdən 41-i də sertifikat əldə edib.

Tokio Yay Olimpiya Oyunlarında iştirak edən 4 nəfər tibb heyətindən 2-i “ADEL for Medical Professionals”, biri “ADEL for Medical Professionals at Major Games”, bir nəfər isə hər iki kursu keçərək sertifikat alıb.

Paralimpiya Oyunlarına lisenziya qazanan 34 idmançıdan isə 15-i “ADEL for TOKYO 2020” kursunu keçərək sertifikat əldə edib. Hazırda bu proses davam edir".

Digər Xəbərlər
Xəbər Lenti