Peyvənddən sonra antiteli yaranmayanlara 3-cü doza vurula bilər?

19 İyun 2021 02:38 Araşdırma 540
Peyvənddən sonra antiteli yaranmayanlara 3-cü doza vurula bilər?

“İki doza peyvənd olunmuş, lakin antitel yaranmayan şəxslərə 3-cü dozanın vurulması ilə bağlı məsələ aktiv müzakirədədir”.

Sportinfo.az xəbər verir ki, bu barədə TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva TƏBİB-in feysbuk səhifəsində canlı yayımda bildirib.

O qeyd edib ki, həm Ümumdünya Səhiyyə Təşkilatı, həm də peyvənd şirkətləri tərəfindən hələ ki, bu məsələ təsdiq almayıb:

“Çalışmanın nəticələri ilin sonuna doğru açıqlanacaq və ondan sonra bu məsələ aydınlaşacaq. Bu gün üçün belə bir göstəriş və ya təlimat yoxdur”.

Digər Xəbərlər
Xəbər Lenti