Bəs necə olub ki, Avropa çempionatına təyinat alıb?

18 İyun 2021 17:50 Araşdırma 540
Bəs necə olub ki, Avropa çempionatına təyinat alıb?

“Avro-2020”nin dünən keçirilən Ukrayna – Şimali Makedoniya görüşündə (2:1) maraqlı hadisə baş verib.

Sportinfo.az xəbər verir ki, Avropa çempionatının bu qarşılaşmasını ilk dəfə olaraq Cənubi amerikalı hakim - Argentina Futbol Federasiyasından Fernando Rapalyini idarə edib.

Bəs necə olub ki, başqa qıtənin təmsilçisi Avropa çempionatına təyinat alıb?

Cavab sadədir. Bu, UEFA ilə KONMEBOL (Cənubi Amerika Futbol Konfederasiyası) arasındakı əməkdaşlıq çərçivəsində baş tutub.

Avropanı təmsil edən ispan hakim Xüsus Xil Mansano isə hazırda Amerika kubokunun oyunlarında hakimlik edir. UEFA prezidenti Aleksander Çeferin deyib ki, hakimlərin mübadiləsi iki böyük turniri zənginləşdirəcək və TOP hakimlərin təcrübəsini daha da artıracaq.

Qeyd edək ki, argentinalı hakim “Avro-2020”yə hazirlıq məqsədilə 4 həftə İstanbulda hazırlıqda olub. O, ilk turun Rusiya – Belçika görüşündə ehtiyat hakim olub.

Dünənki görüşdə Fernando Rapalyini biri Ukrayna, biri Şimali Makedoniyanın qapısına olmaqla iki penalti təyin edib və üç sarı vərəqə göstərib.

“Avro-2000” zamanı da 2 oyunu qeyri-avropalı hakim – misirli Hamal Handur da idarə edib.

Digər Xəbərlər
Xəbər Lenti