Ruslar Qarabağdan çəkilsə... Moskva seçki öncəsi son təlimatlarını verdi

14 İyun 17:30 Araşdırma 655
Ruslar Qarabağdan çəkilsə... Moskva seçki öncəsi son təlimatlarını verdi

Ermənistanda kritik parlament seçkilərinə təxminən bir həftə qaldı.

Düz bir həftə sonra isə ölkədə “sükut günü” olacaq. Ancaq sükut olacaqmı?

Məsələ ondadır ki, səsvermə günü yaxınlaşdıqca ölkədə siyasi gərginlik həndəsi silsilə ilə artır, rəqib qüvvələr arasında əsəb müharibəsi, kompromat savaşı daha sərt, daha aqressiv xarakter alır, təhdid və hədələr, zorakılığa çağırışlar adiləşir.

Xüsusən də hakim partiyanın sədri, baş nazir əvəzi Nikol Paşinyanın ünvanına açıq hədələr səslənməkdədir. Bəzi ehtimallara görə, bu minvalla qarşıdurma vətəndaş müharibəsinə gətirə, seçkilər təxirə də düşə bilər. Təsadüfi deyil ki, vəziyyətlə bağlı “Freedom House” təşkilatı ciddi narahatlıq ifadə edib. Qurumdan bildirilib ki, cəmiyyətdəki mövcud qütbləşmə və nifrətin körüklənməsi çox neqativ nəticələrlə sonuclana bilər...

*****

Paşinyanın prokurorluqda nəyə görə dindirildiyi bəlli oldu - Oxu.az

Maraqlıdır ki, bu arada Paşinyanın iki əsas və barışmaz rəqibi, qatı Rusiya yönlülər - sabiq prezident Robert Köçəryan və Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan qısa zaman fərqi ilə Moskvada olub, orada Rusiya hakimiyyətinə yaxın dairələrdə görüşlər keçiriblər. Köçəryanın üstəlik, Rusiya prezidenti Putinlə telefon danışığı olub. Heç şübhəsiz, onların hər ikisi seçkilərlə bağlı Kremlin son təlimatlarını alıblar. Hansı təlimatlar? Uzağı bir həftəyə bəlli olacaq...

Azərbaycana gəlincə qonşu ölkədəki seçkilər bizdən ötrü ən əvvəl orada legitim, imzalanan bütün sazişlərə görə məsuliyyəti öz üzərinə götürəcək bir hökumətin formalaşması baxımından maraq kəsb edir. Söhbət xüsusən də 10 noyabr 2020-ci il kapitulyasiya sənədinin icrasından gedir.

Robert Köçəryan həbs edilib - RƏSMİ

Əgər hazırkı baş nazir əvəzi Nikol Paşinyanın əsas rəqibi sayılan Xocalı hərbi canisi Robert Köçəryan zənn edirsə ki, guya iqtidara qayıtmaqla möcüzə yaradacaq, erməniləri məğlub xalqdan “qalib xalqa” çevirəcək, yaxud üçtərəfli kapitulyasiya sənədinin yerdə qalan bəndlərinin icrasını ləngidəcək, ciddi şəkildə yanılır. Əksinə, Azərbaycan dövləti, rəsmi Bakı onunla daha sərt və kompromissiz davranacaq, nəinki Paşinyanla.

Həm də o səbəbə ki, bizim onunla Xocalıya görə xüsusi haqq-hesabımız qalıb. “Dəmir yumruq” da ki, öz yerində. Köçəryan o yan, bu yan eləsə, hakimiyyətə qayıtmağa peşman ediləcək, heç dostu Putin də onun köməyinə çata bilməyəcək. Digər yandan, ağlı başında olan ermənilər də Xocalı hərbi canisinin təzədən iqtidar başına gəlməsinin Ermənistana yeni faciələr vəd elədiyinin fərqindədirlər.

Məsələn, Dövlət Kadastr Komitəsinin rəhbəri Marat Baqdasaryan Köçəryanın yenidən ölkəyə rəhbərlik etmək iddiasında olmasını pisləyib. O, Köçəryanın Ermənistanı Rusiyanın əbədi köləsinə çevirəcəyini bildirib: “Bir vaxtlar ölkənizin başını kəsmiş və indi vətəninizi Rusiyanın əbədi köləsi etmək istəyən bir insanı müdafiə etməyə dəyərmi? Qana susayan bir insanı qoruyursunuz. Mədəni mübahisələrdən yayınaraq insanları 18-19-cu əsrlər ruhunda olan bir duelə dəvət edən şəxsi müdafiə edirsiniz. Heç olmasa övladlarınızın gələcəyini düşünün! Təsəvvür etmirəm ki, insan könüllü olaraq öz ölkəsi ilə birlikdə uşaqlarını necə kölə edə bilər. Nə qədər ki, gec deyil ayılın”,- deyə o, Köçəryanı dəstəkləyənlərə çağırış edib.

*****

Ermənistanın birinci prezidenti, “Erməni milli konqresi” partiyasının seçki siyahısına başçılıq edən Levon Ter-Petrosyan isə nisbətən praqmatik mövqeyi ilə seçilir və erməni xalqını üzləşdiyi faciələrdən düzgün nəticə çıxarmağa səsləyir, əks təqdirdə Köçəryanı nəzərdə tutaraq, vəziyyətin daha betər olacağı barədə xəbərdarlıq edir.

Yada salaq ki, az öncə Ter-Petrposyan erməni xalqının “miatsum” ideyasından imtina eləməsinin zamanı gəldiyini, Dağlıq Qarabağ məsələsində Ermənistanın müttəfiqinin olmadığını söyləmişdi. Srağagün isə o, Azərbaycanla Ermənistan arasında sovet sərhədlərinin qarşılıqlı tanınmasının vacibliyini bildirib, bunun alternativi olmadığını söyləyib. Bu isə iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanımalı olması anlamına gəlir.

Ter-Petrosyan xatırladıb ki, beynəlxalq ictimaiyyət BMT-nin qismində keçmiş sovet respublikalarının müstəqilliyini məhz sovet sərhədləri əsasında tanıyıb. “Burada heç nəyi dəyişmək olmaz. Ermənistanla Azərbaycan arasında sərhədlər sovet sərhədləridir”, - eks-prezident qeyd edib.

Eyni fikri ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin əvəzi Filip Riker bir neçə gün öncə Bakıda olarkən də söyləmişdi. Ancaq Ermənistanda baş nazirliyə iddiaçıların hamısı Ter-Petrosyan kimi bunu etiraf eləməyə hazırdırmı?

Müşahidələr göstərir ki, xeyr. Yenə də ənənəvi populist şüarlar səslənir, reallığa söykənməyən iqtisadi yüksəliş nağılları danışılır...

*****

We will have normal relations with Turkey and Azerbaijan" - Ter-Petrosyan

Ter-Petrosyan Qarabağdakı anklavda qalan ermənilərin taleyindən də söz açıb. O, Rusiya sülhməramlı qüvvələrinin Qarabağı 5 il sonra da tərk etməyəcəyini deyib. Onun sözlərinə görə, Rusiya hərbçiləri Qarabağı tərk etsə, orada bir erməni də qalmaz. Sitat: “Nəyə görəsə insanların 95 faizi əmindir ki, 5 il sonra Rusiya sülhməramlıları Qarabağı tərk edəcək. Amma bu, belə deyil. Müqavilədə hər şey yazılıb. Onlar ona görə gəlməyiblər ki, sonra əllərini yuyub çıxıb getsinlər”.

Eks-prezident həmçinin regionda nəqliyyat kommunikasiyalarının açılmasından da danışıb. Bildirib ki, “nəqliyyat dəhlizi” sözünü hərə öz istədiyi kimi başa düşür: “Azərbaycan Naxçıvana çıxış əldə etmək istəyir, Ermənistan isə Rusiyaya. Burada nəyi izah edəsən? Bəyəm Ermənistan üçün Rusiya ilə etibarlı əlaqə yolunun olması mühüm deyil? Siz bilirsiniz ki, Gürcüstan yolları hansı vəziyyətdədir, Azərbaycan yolları isə bizim üçün bağlıdır. Əgər belə imkan açılsa, Ermənistan üçün bu gözəl bağlayıcı əlaqə olacaq”.

*****

Kommunikasiyaların açılması isə sövq-təbii xalqlar arasında canlı təmasları tədricən artıracaq. O ki qaldı, rusların Qarabağdan gedəcəyi təqdirdə orada bircə erməninin qalmayacağı fikrinə, əvvəla, rəsmi Bakı dəfələrlə onların Azərbaycan vətəndaşları olduqları və bu statusda da digər milli azlıqlar kimi təhlükəsizlik və təminat içində yaşaya biləcəyi barədə bəyanatlar səsləndirib. Yəni onların Qarabağda yaşamasına Azərbaycan dövləti zəmanət verib.

O ayrı məsələ ki, qalmaq, yaxud çıxıb getmək də insan haqqıdır və rəsmi Bakı buna əngəl yarada bilməz. Görünür, ermənilərin bizə qarşı bunca pisliklərdən sonra Qarabağda yaşamağa, sadəcə, üzləri yoxdur. Bu isə artıq bizim problem deyil. Heç vasitəçilərin, Putinin də problemi deyil...

Digər Xəbərlər
Xəbər Lenti
23 İyul 13:00 Həminki "Qarabağ"
22 İyul 23:10 "Buna imkan vermədilər"