Qol vurdu, geri qaldı

14 İyun 2021 15:10 Araşdırma 443
Qol vurdu, geri qaldı

Şimali Makedoniya millisinin futbolçusu Qoran Pandev Avropa çempionatları tarixinə final mərhələsində qol vuran ikinci ən yaşlı oyunçu kimi düşüb.

Sportinfo.az xəbər verir ki, AVRO-2020-nin I turunun Avstriya ilə hazırda davam edən qarşılaşmasında (1:1) hesabı bərabərləşdirən hücumçu 37 yaş 321 günlüyündə fərqlənib.

Avstriyalılara qol vuran veteran forvard yalnız bu ölkə təmsilçisindən geri qalır. İvitsa Vastiç AVRO-2008-də 38 yaş 257 günlüyündə qol sevinci yaşayıb.

Pandev həm də Şimali Makedoniyanın tarixinə düşüb. Qoran yığmasının dünya və Avropa çempionatlarının final mərhələlərindəki ilk qolunu vurub. Bu, komandanın böyük turnirlərdəki debütünə təsadüf edib.

Digər Xəbərlər
Xəbər Lenti