Polis Masallıda gizlicə futbol oynayanları tapdı və...

11 May 2021 14:20 Araşdırma 755
Polis Masallıda gizlicə futbol oynayanları tapdı və...

Sportinfo.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı rayonun Qəriblər kəndində yerləşən “Arena” qapalı futbol meydançasında futbol oyununun təşkil edilməsi müəyyən olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən orada olan şəxslərə karantin rejiminin qaydaları izah olunub.

12 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri digər müvafiq tədbirlərlə Masallı şəhəri ərazisində yerləşən trenajor zallarından birinin karantin qaydalarına zidd olaraq fəaliyyət göstərməsi aşkarlanıb və orada məşq edən 9 nəfər barəsində qanunamüvafiq qaydada inzibati protokol tərtib edilib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi