FIFA oyun "alver"i edən komandanı liqadan uzaqlaşdırdı

5 May 2021 15:40 Araşdırma 609
FIFA oyun "alver"i edən komandanı liqadan uzaqlaşdırdı

Keniya Futbol Federasiyası "Zoo Keriço" komandasını Premyer Liqadan kənarlaşdırıb.

Sportinfo.az xəbər verir ki, səbəb FIFA-nın komandanı oyunların manipulyasiyasında təqsirli bilməsidir.

Ali futbol qurumu hadisə ilə bağlı yerli futbol qurumunu məlumatlandırıb. Keniya Futbol Federasiyası komandanın 2021/2022 mövsümündən üçüncü liqada çıxış etməsi ilə bağlı qərar çıxarıb.

"Zoo Keriço" Premyer Liqada 14 oyundan 8 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb. Komanda 15-ci yerdəki "Vestern Stima"dan 2 matç az keçirib və 4 xal geridədir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı