Ermənistan müharibədə 4 minə yaxın itki verib

14 Aprel 16:50 Araşdırma 215
Ermənistan müharibədə 4 minə yaxın itki verib

Bu günə qədər Qarabağ müharibəsi zamanı həlak olanların təsdiqlənmiş sayı 3621 nəfərdir.

Sportinfo.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu barədə ölən hərbçilərin ölüm sertifikatlarına əsaslanaraq məlumat verib.

O qeyd edib ki, itkin düşənlərin sayı 321 nəfərdir. Bundan əlavə, 201 nəfərin qalıqları DNT analizi mərhələsindədir.

Paşinyan 100-dən çox cəsədin şəxsiyyətinin müəyyənləşdirildiyini, ancaq yaxınlarının ölüm faktını qəbul etməkdən imtina etdiklərini bildirib. Onlar hələ də övladlarının sağ olduğuna və geri dönəcəklərinə inanırlar.

Baş nazirin sözlərinə görə, DNT analizinin nəticələrinə inanmayan ailələr var. Paşinyan ölənlərin ümumi sayının 4000-4050 nəfər arasında ola biləcəyini bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
8 May 13:00 Honda namizəd oldu