“Ermənilərin məhv etdiyi bəzi ərazilər yalnız əkinə yararlı olacaq”

13 Aprel 2021 15:30 Araşdırma 901
“Ermənilərin məhv etdiyi bəzi ərazilər yalnız əkinə yararlı olacaq”

“Ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində 260, 3 hektar meşə fondu sahəsi olub. Həmin ərazilərin 228 min hektarı meşə ilə örtülü olub”.

Sportinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib. O bildirib ki, həmin meşə ilə örtülü sahənin 54 min hektarı ermənilər tərəfindən məhv edilib.

“Bu, təxmini rəqəmdir. Çünki biz bu məlumatları kosmosdan aldığımız peyk çəkilişləri ilə müəyyən etmişik. Amma əraziyə yaxından baxış keçirildikdən sonra məhv olunan meşə sahəsinin nə qədər olduğu tam müəyyən ediləcək.

Ermənistan sovet dövründə ən az meşəsi olan ərazi olub. Amma son zamanlar ən çox ağac istehsal edən ölkələr sırasında olub. Bu da ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində meşə zolaqlarını məhv etməsi nəticəsində olub.

Ermənilərin məhv etdikləri elə ərazilər var ki, ora yalnız əkinə yararlı olacaq. Amma elə ərazilər də var ki, ağaclar qırılsa da, sonradan həmin ərazilərdə yenidən ağac kötükləri özünü bərpa edib”.

Digər Xəbərlər
Xəbər Lenti