Ermənilərin Qarabağda meyit axtarışları davam edir - FOTO

8 Mart 2021 10:50 Araşdırma 1 206
Ermənilərin Qarabağda meyit axtarışları davam edir - FOTO

Müəyyən fasilədən sonra ermənilər yenidən döyüş meydanında meyitlərini axtarmağa başlayıblar. Ancaq məlumata görə, Qarabağın cənub bölgəsində aparılan axtarışlar nəticəsiz başa çatıb.

Sportino.az erməni mediasına istinadən xəbər verir ki, bu istiqamətdə meyitlər və ya qalıqları aşkarlanmayıb.

4 martda üç axtarış-əməliyyat qrupu Cəbrayıl və Hadrut ərazilərində, həmçinin Zəngilan rayonunun cənubunda axtarlışlar aparıb.

Məlumata görə, sonuncu dəfə erməni meyitinin qalıqları martın 2-də, Ağdərə ərazisində aşkarlanıb. Meyit qalıqları hərbi hissələrdən birinin yaxınlığından tapılıb.

Son məlumata görə, indiyədək 1486 meyit taplıb.

Digər Xəbərlər
Xəbər Lenti