İnfeksion xəstəliklərə qarşı ən effektiv müdafiə üsulu

8 Mart 2021 01:10 Araşdırma 1 404
İnfeksion xəstəliklərə qarşı ən effektiv müdafiə üsulu

Peyvənd infeksion xəstəliklərə qarşı ən effektiv müdafiə üsuludur.

Sportinfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi COVID-19-la mübarizə işçi qrupunun üzvü Səbinə Babazadə deyib.

Onun sözlərinə görə, hazırda vaksinasiya prosesi strategiyaya uyğun olaraq uğurlu şəkildə davam edir:

"Sağlamlıq şərtləri uyğun olan, strategiyada yer almış hər bir vətəndaş vaksinasiya prosesində iştirak etməlidir.(iştiraka dəvət edirik)

Vaksinasiya ilk növbədə həmin şəxsin özünü və yaxınlarını yoluxmadan qoruyur. Kütləvi yoluxma halları və ölüm saylarını unutmamalıyıq.

Vaksinlər bizi ağırlaşma hallarından və ölüm hadisələrindən qoruyaraq səhiyyənin də yükünü azaltmış olacaq. Vətəndaşları etibarlı mənbələrə - rəsmi qurum və nümayəndələrin fikirlərinə əsaslanmağa çağırıram.

Bəzən sosial şəkələrdə paylaşılan yalnış informasiyalar insanlarda narahatlıq və çaşqınlığa səbəb olur. Bəzi səhiflərin izlənmə saylarını artırma məqsədi ilə paylaşdıqları həqiqəti əks etdirməyən yazılar ajiotaja səbəb olur.

Bu tip paylaşımlar bəzən ciddi şəkildə psixoloji gərginliyə gətirib çıxarır ki, bu da cəmiyyət tərəfindən birmənalı qarşılanmır.

Həssas mövzuda hər bir vətəndaş yalnız rəsmi məlumatlara inanmalıdır. Yalnız qısa zamanda edilən peyvəndlərlə kütləvi immun sistemi qazanaraq COVID-19-a qalib gəlmək mümkündür".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı