Dəyişiklik etməyə hazırlaşır - FIFA

7 Mart 2021 23:40 Araşdırma 551
Dəyişiklik etməyə hazırlaşır - FIFA

FIFA və Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyundankənar vəziyyətlərin müəyyənləşdirilməsi qaydalarında mümkün dəyişiklikləri nəzərdən keçirir.

Sportinfo.az xəbər verir ki, bu barədə ali futbol qurumunun prezidenti Canni İnfantino IFAB-nin illik ümumi yığıncağından sonra təşkil olunan mətbuat konfransında deyib.

Funksioner bildirib ki, yeni qaydalar hücum edən komandalara daha çox üstünlük verəcək. İnfantinonun sözlərinə görə, FIFA-da Futbolun Qlobal İnkişafı Departamentinin rəhbəri olan Arsen Venger məsələ ilə bağlı bəzi ideyalar təqdim edib.

IFAB futbolda yeni qaydaları təsdiqləyib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!