Bakıya gələcək məşhur: "0:1 hesabı ilə uduzmaq istəmirəm"

7 Mart 2021 11:40 Araşdırma 1 372
Bakıya gələcək məşhur: "0:1 hesabı ilə uduzmaq istəmirəm"

"Ardıcıl 3 oyun risklidir".

Sportinfo.az xəbər verir ki, bu sözlər Serbiya yığmasının yeni baş məşqçisi Draqan Stoykoviç deyib.

Serbiya martın 24-də İrlandiyanı, 3 gün sonra isə Portuqaliyanı qəbul edəcək. Komanda martın 30-da Azərbaycan seçməsinin qonağı olacaq.

O, milli komandaların oyunları üçün təqvimin sıx olduğunu vurğulayıb: "Bu, ağıllı və məntiqli sistem deyil. Əvvəlcə hansı oyun üslubunda çıxış edəcəyimizi təyin etməliyik.

Məşqdən çox oyunlar keçirəcəyik. Futbolçular buna uyğunlaşmalıdır. Son tura qədər turnir cədvəlinə önəm verməyəcəyəm. Hər matçda meydana yalnız qələbə üçün çıxacağıq.

Uduzduğumuz oyunda hesab 3:4 ola bilər. Meydanın özümüzə aid hissəsində oynayıb, 0:1 hesabı ilə uduzmaq istəmirəm".

Digər Xəbərlər
Xəbər Lenti