“Azərbaycandan Naxçıvana “dəhliz” yaradıla bilməz” – Arutyunyan

23 Fevral 2021 16:30 Araşdırma 3 728
“Azərbaycandan Naxçıvana “dəhliz” yaradıla bilməz” – Arutyunyan

“Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrindən danışarkən “dəhliz” ifadəsinin istifadə edilməsi düzgün deyil”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan “RIA Novosti”yə müsahibəsi zamanı deyib.

“Azərbaycan Respublikası Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyası Prezidentinin 9 noyabr 2020-ci il tarixli bəyanatına görə, regiondakı yeganə dəhliz Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən “Laçın dəhlizi”dir.

Bütün digər hallarda, biz yalnız nəqliyyat əlaqələrindən danışa bilərik. Ermənistan öz öhdəliklərinə uyğun olaraq sözügedən nəqliyyat rabitəsinin təhlükəsizlik tələblərinə riayət olunmasını təmin edəcəkdir”, – Arutyunyan bildirib./

Digər Xəbərlər
Xəbər Lenti