Qarabağda 3 hektar sahə minalardan təmizləndi - VİDEO

26 Yanvar 2021 18:10 Araşdırma 489
Qarabağda 3 hektar sahə minalardan təmizləndi - VİDEO

Sportinfo.az xəbər verir ki, Rusiya Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən ibarət qrupu Azərbaycan FHN-nin əməkdaşları ilə birlikdə işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını davam etdirir.

FHN-dən verilən məlumata görə, birgə fəaliyyət nəticəsində bu günədək ümumilikdə, təqribən, 9 hektardan artıq sahədə axtarış işləri aparılıb,

3 hektar sahə fərdi axtarışla tamamilə təmizlənib. Bu müddət ərzində 340 ədəd mina və 3 ədəd partlamamış sursat aşkar olunaraq müvafiq qaydada zərərsizləşdirilib.

Minalardan 195 ədədi piyada əleyhinə, 145 ədədi isə tank əleyhinə olan minalardır.



Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!