Ağdamın ağ örpəyi - Şelli kəndinin məşhur nar bağları - FOTOSESSİYA

23 Yanvar 2021 16:50 Araşdırma 2 527
Ağdamın ağ örpəyi - Şelli kəndinin məşhur nar bağları - FOTOSESSİYA

Ağdamın 27 il işğal altında qalmış Şelli kəndi ermənilərin təsərrüfatla məşğul olduğu ərazilərdən biri olub.

Bu kənddə salınan ucsuz-bucaqsız nar bağları, qarğıdalı və tütün sahələri erməniləri burada yaşamağa, təsərrüfatla məşğul olmağa həvəsləndirib.

Şelli kəndində çox az sayda ev işğal zamanı ermənilər tərəfindən dağıdılıb. 1993-cü ilin iyulunda düşmənin işğal etdiyi bu kənddə yüzə yaxın erməni ailəsi məskunlaşıb. Vətən Müharibəsibdən sonra Ağdam təhvil verilən zaman kəndi tərk edən ermənilər bəzi evləri yandırıb, bəzi evlərin isə qapı, pəncərə və dam örtüklərini aparıblar.

Kəndi zəbt edən ermənilər burada heyvandarlıqla da geniş şəkildə məşğul olublar. Həm mülki əhalinin, həm də erməni zabitlərinin məskunlaşdığı Şelli kəndində bir neçə böyük istixana da salınıb.

Şellinin məşhur nar bağlarından toplanan məhsul, əsasən, şərab istehsalında istifadə olunub.

Yanvarın 20-də "Yeni Müsavat" Media Qrupunun əməkdaşlarının Ağdamın Şelli kəndinə səfəri zamanı çəkdikləri fotoları təqdim edirik.

Qeyd edək ki, Ağdamın digər kəndlərindən və Şelli kəndindən videoreportajlar təqdim edəcəyik.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı