COVID-19-un ağır gedişatının səbəbi açıqlandı

22 Yanvar 14:30 Araşdırma 498
COVID-19-un ağır gedişatının səbəbi açıqlandı

Alimlər koronavirusun ağır gedişatının autoimmunitet ilə əlaqəli yeni səbəbini açıqlayıblar.

Sportinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” “Nature”yə istinadən məlumat yayıb.

Qeyd olunur ki, ekspertlər orqanizmin immunitet sisteminin elementlərinə və ya ürək də daxil olmaqla, müxtəlif orqanlardakı bəzi zülallara hücum edən “qabılğan” antikorların rolunu təyin ediblər.

“Adətən qısamüddətli sistem pozuntularına səbəb olan sitokin fırtınalarından fərqli olaraq, autoantikorlar dəqiq müəyyən edilmiş, lakin uzun müddətli ziyana səbəb olur”, - Yel Universitetinin immunoloqu Akiko İvasaki söyləyib.

Mütəxəssislər müxtəlif dərəcəli ağırlıqda olan 194 COVID-19 xəstəsini və səhiyyə işçisini geniş spektrli autoantikorların olması ilə bağlı müayinə ediblər.

Tədqiqatlar SARS-CoV-2-nin bədənin öz toxumalarına hücum edən autoantikorların istehsalına səbəb ola biləcəyini göstərib. Bəzi yoluxmuş xəstələrdə koronavirusun ən çox təsir etdiyi damarlarda, ürəkdə və beyində zülallara qarşı “işləyən” autoantikorlar aşkar edilib.

Alimlər indi yalnız COVID-19-un deyil, həm də digər viral xəstəliklərin nəticələrinin müalicəsinə daha çox kömək edəcək autoantikorların istehsal mexanizmini müəyyənləşdirmək niyyətindədir.

Digər Xəbərlər
Xəbər Lenti