2020-ci ildə transferlərə ən çox PUL XƏRCLƏMİŞ KLUBLAR

20 Yanvar 2021 21:20 Araşdırma 540
2020-ci ildə transferlərə ən çox PUL XƏRCLƏMİŞ KLUBLAR

FIFA Avropanın 2020-ci ildə ən çox transferlərə pul xərcləmiş 20 klubunun siyahısını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, siyahının ilk 10 komandası sırasında İngiltərə Premyer Liqasının debütantı “Lids” də var.

Həmçinin 2020-ci ildə ən çox futbolçu transfer edilən klub bəlli olub. Ötən il 45 oyunçu “Mançester Siti”dən başqa komandaya keçib.

İkinci sırada Zaqreb “Dinamo”su və İngiltərənin hazırda I divizionda çıxış edən “Votford” gedir. Hər iki komandanı 43 futbolçu tərk edib.

Top-20 bu klublardan ibarətdir:

1. “Çelsi” (İngiltərə)

2. “Mançester Yunayted” (İngiltərə)

3. “Mançester Siti” (İngiltərə)

4. “Barselona” (İspaniya)

5. “Yuventus” (İtaliya)

6. “Lids” (İngiltərə)

7. “Tottenhem” (İngiltərə)

8. “Benfika” (Portuqaliya)

9. “Napoli” (İtaliya)

10. “Vulverhempton” (İngiltərə)

11. “Arsenal” (İngiltərə)

12. “Bayern” (Almaniya)

13. “Atletiko” (İspaniya)

14. PSJ (Fransa)

15. “İnter” (İtaliya)

16. “Borusiya” (Dortmund, Almaniya)

17. “Leypsiq” (Almaniya)

18. “Lion” (Fransa)

19. “Bayer” (Almaniya)20. “Lester” (İngiltərə)

Digər Xəbərlər
Xəbər Lenti