Qarabağda ermənilərin 3 mərtəbəli gizli tuneli aşkarlandı - VİDEO

17 Yanvar 2021 11:50 Araşdırma 2 876
Qarabağda ermənilərin 3 mərtəbəli gizli tuneli aşkarlandı - VİDEO

Sportinfo.az xəbər verir ki, Qarabağda işğaldan azad olunmuş ərazilərdə ermənilər uzun illər ərzində tunellər qazıb.

Belə tunellərdən birini əsgərlərimiz çəkərək göstərir.

Kadrlardan göründüyü kimi yeraltında salınan 3 mərtəbəli tuneldə əsgərlərin istirahəti üçün otaqlar və istehkamlara keçid üçün pilləkənlər də quraşdırılıb.

Azərbaycan torpaqlarında illərlə torpaq altını qazıb özlərinə yer hazırlayan erməni əsgərlər artıq bu gün həmin ərazilərdən təmizlənib.

Ermənilərin qazdığı uzun tunel isə hazırda hərbçilərimizin nəzarətindədir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu