5 şəhər və 12 rayona giriş-çıxışa icazə veriləcək.- Bileti olanların nəzərinə!

16 Yanvar 2021 12:05 Araşdırma 829
5 şəhər və 12 rayona giriş-çıxışa icazə veriləcək.- Bileti olanların nəzərinə!

Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin 5 şəhər və 12 rayona giriş-çıxışına icazə veriləcək.

Sportinfo.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.

Qərara əsasən, 2021-ci il 18 yanvar saat 00:00-dan 25 yanvar saat 00:00-dək beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzləri (kənd və qəsəbələr istisna olmaqla) arasında və onların hüdudlarından kənara hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin həmin ərazilərə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında icazə verilir.

Digər Xəbərlər
Xəbər Lenti